Dedi,tələsmə - Mahnı sözləri,Şarkı sözləri,Lyrics
Dedi,tələsmə
Mus.: Ramiz Mirişli
Söz.: Nəriman Həsənzadə
Dedim mən sevirəm, dedi sevginən
Dedim qoşa gəzək, dedi tələsmə.
Dedim bağ içidir, dedi seyr eylə
Dedim bir gül üzək, dedi tələsmə.
Dedim bir cavab ver, xəyala varma,
Dedi zəhmət çəkib özünü yorma.
Dedim qadan alım, dedi yalvarma,
Dedim onda küsək, dedi tələsmə.
Dedim mən aşiqəm gül yanağına
Dedi bülbül qonar gül budağına
Dedim üzük salım mən barmağına,
Əhdi-peyman kəsək, dedi tələsmə.
Dedi,tələsmə - Mahnı sözləri,Şarkı sözləri,Lyrics
Reviewed by Mrs-N
on
Aralık 01, 2019
Rating:
Hiç yorum yok: