Dağlar - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Dağlar



Mus.: Qənbər Hüseynli 
Söz.: Səməd Vurğun 


Maral gəzər asta-asta,
Enib gələr çeşmə üstə.
Gözüm yolda, könlüm səsdə,
Deyin, necə dözüm, dağlar!



Hər obanın bir yaylağı,
Hər tərlanın öz oylağı.
Dolaylarda bahar çağı
Bir doyunca gəzim, dağlar.



Qayaları baş-başadır,
Güneyləri tamaşadır.
Gödək ömrü çox yaşadır,
Canım dağlar, gözüm dağlar!


Bir qonağam bu dünyada 
Bir gün ömrüm gedər bada,
Vurğunu da salar yada,
Düz ilqarlı bizim dağlar.
Dağlar - Mahnı Sözləri Şarkı Sözü Lyrics Dağlar - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Kasım 30, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.