Biri sənsən, biri mən - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Biri sənsən, biri mən
Mus:Əhsən Dadaşov
Söz: Bəxtiyar Vahabzadə
Bir bulağın iki gözü-
Biri sənsən, biri mən.
Bir almanın iki üzü-
Biri sənsən, biri mən.
Qoşa simin titrəməsi-
Biri sənsən, biri mən.
Bir pərdənin iki səsi-
Biri sənsən, biri mən.
Açıq səma, göy qurşağı-
Biri sənsən, biri mən.
Dan ulduzu,səhər çağı
Biri sənsən,biri mən.
Bu həyat da iki rəngdir-
Biri sevinc, biri qəm.
Sevinc kimdir,kədər kimdir?
O həm sənsən, həm də mən.
Bu dünyaya biz gələli,
Həm qəmik, həm də sevinc.
Sən məndə,mən səndəyəm,
Gözəldir qəmdə sevinc.
Biri sənsən, biri mən - Şarkı sözü,Lyrics,Mahnı sözləri
Reviewed by Mrs-N
on
Ekim 10, 2019
Rating:
Hiç yorum yok: