Bircə dənəsən, ay qız - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Bircə dənəsən,ay qız
Xalq mahnısı
Vətən bağı bizimdir,
Hər tərəfi üzümdür.
Bircə dənəsən,ay qız.
Sevib-sevmək ar deyil,
Bir oğlan bir qızındır,
Bircə dənəsən,ay qız.
Nəq.:
Məhbubəm, məşuqəm,
Səni mən istər idim,
Bivəfa bilməz idim.
Bağçada bar şirindir,
Heyvadan nar şirindir.
Bircə dənəsən,ay qız.
Qohum-qardaş bir yana,
Hamıdan yar şirindir,
Bircə dənəsən, ay qız.
Keçdim,gəldim seldən mən,
Dəstə tutdum güldən mən.
Bircə dənəsən, ay qız.
Sözünü,söhbətini
Necə üzüm dildən mən,
Bircə dənəsən, ay qız.
Bircə dənəsən, ay qız - Mahnı sözləri,Şarkı sözü,Lyrics
Reviewed by Mrs-N
on
Ekim 09, 2019
Rating:
Hiç yorum yok: