Bir gecə - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bir gecə


Mus: Teymur Nanə
Söz: Ramiz Abdullayev

Bir gecə qapımı astaca döyüb
Şaxtalı havada özünü öyüb.
Açarkən qapını qarşımda görüb,
İnana bilmirəm bu sənsən ya yox,
Gözləyirdim səni, gözləyirdim çox.


Gözlərim dikilib baxır gözünə,
Möhtacdır elə bil bircə sözünə.
Arzumu bəxş etdim bu gün özünə,
İnana bilmirəm bu sənsən, ya yox,
Gözləyirdim səni, gözləyirdim çox.

Duydum qar əridən od nəfəsini
Məni səslərkən incə səsini
Sən qırdın bu gecə qəm qəfəsini,
İnana bilmirəm, bu sənsən, ya yox,
Gözləyirdim səni, gözləyirdim çox.

Üstünə qar çökmüş, əsirdim bu an
Döyündü ürəyim, ağrıdı yaman
Səni gözləyirdim hər gün, hər zaman,
İnana bilmirəm, bu sənsən ya yox
Gözləyirdim səni, gözləyirdim çox.

Bir gecə - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bir gecə - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 01, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.