Deyişmə - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Deyişme


Mus.: Əlibaba Məmmədov
Söz: Rasim Kərimli


Çiçəklərin çiçəyisən,
Göyçəklərin göyçəyisən,
Qızıl gülün ləçəyisən,
Tərlan könlüm arar səni.



Nəq.:
Gümüş kəmər bel axtarar
Yaşılbaşlar göl axtarar
Bülbül olan gül axtarar 
Sevən oğlan tapar məni.


Sən Əsli ol, mən Kərəmin
Gəl daşını ataq qəmin
Bu dünyanın, bu aləmin 
Yalqızlığı yorar səni



Nəq:

Hər vaxt məni ana bilsən 
Eşqi günəş sana bilsən
Alovlanıb yana bilsən
Budağımdan qopar məni



İnsaf elə, mürvət elə
Salma məni dildən-dilə 
Mərhəmətsiz olma belə,
Bir gün ahım tutar səni



Nəq.:


Ovçu gəzər, maral qaçar
Ov axtaran dağlar aşar
Qız yalvarar, ucuzlaşar
Hünərin var, apar məni
Deyişmə - Mahnı Sözləri Şarkı Sözü Lyrics Deyişmə - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Aralık 10, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.