Biz niyə yaşadıq bu məhəbbəti - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Biz niyə yaşadıq bu məhəbbəti

Mus.: Sevda Məmmədli
Söz: Zahir Abbas

Gözümüz yol çəkdi, vüsal yetmədi,
Gül əkdik bu eşqə, güllər bitmədi.
Həsrət yuva saldı, bir an getmədi,
Biz niyə yaşadıq bu məhəbbəti?

Nəq.:

Allah dərd verirsə, dərd dözənindi,
Şikəstə göy versə, Yer gəzənindi.
Sən demə, bu sevgi bir özgənindi,
Biz niyə yaşadıq bu məhəbbəti.

Biz pakdan pak idik, ismət neyləsin?
Biz birdən ayrıldıq,həsrət neyləsin?
Tale yazısıymış, qismət neyləsin?
Biz niyə yaşadıq bu məhəbbəti?

Biz niyə yaşadıq bu məhəbbəti - Mahnı Sözləri Şarkı Sözü Lyrics Biz niyə yaşadıq bu məhəbbəti - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 16, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.