Bir xumar baxışla - Mahnı Sözləri Şarkı Sözü Lyrics

Bir xumar baxışla


Mus: Ramiz Mirişli
Söz: Fikrət Qoca



Çiçəklər açmasa, gələrsən yaz gələr
Üfüqlər tutulsa, gülərsən göy gülər.
Qəzəblə qışqırsan,ulduzlar tökülər.
Bir xumar baxışla səadət bağışla.

Nəq.:

Yenə gəldin sən,baxıb güldün sən.
Bahar gəldi, güllər açdı.
Çaylar daşdı, nəğmə qoşdu sənə.
Çiçəklər açmasa, gələrsən yaz gələr.


Kənara baxırsan gözümdə od yanır
Üzümə baxırsan, ürəyim talanır.
Bu aləm başıma dolanır, dolanır.
Bir xumar baxışla səadət bağışla.

Bir xumar baxışla - Mahnı Sözləri Şarkı Sözü Lyrics Bir xumar baxışla - Mahnı Sözləri Şarkı Sözü Lyrics Reviewed by noname on Ekim 02, 2019 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.