Bir nəfər də - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Bir nəfər də
Mus.: Tofiq Bakıxanov
Söz: Atif Zeynallı
Yaxasını qızıl güllər
Bəzər Abşeronumun.
Şan-şöhrəti dildən-dilə
Gəzər Abşeronumun.
Göy sulara əksi düşər
Buruqlar meşəsinin.
Elə bil ki, güzgüsüdür
Xəzər Abşeronumun.
Nəq.:
Heç bir ətir çatmaz onun
Torpağının ətrinə.
Qoy dəyməsin bir nəfər də
Abşeronumun xətrinə!
Göy qucağı başdan-başa
Bağlıdır, bağatlıdır.
Ağ şanısı yer üzündə
Hər meyvədən dadlıdır.
Gündüzləri zəhmət çəkər,
Tər tökər iş başında.
Gecələri nəğməlidir,
Toyludur-büsatlıdır.
Bir nəfər də - Mahnı Sözləri Şarkı Sözü Lyrics
Reviewed by noname
on
Ekim 04, 2019
Rating:
Hiç yorum yok: